ABŞ "Google" şirkətini cərimələdi
ABŞ-da federal məhkəmə “Google” şirkətinin 338,7 milyon dollar təzminat ödəməsinə qərar verib.
Demedia.az xəbər verir ki, bu barədə Röyters məlumat verib. Məlumata görə, Texas ştatının Vako şəhərində federal məhkəmənin münsiflər heyəti proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğunu əsas gətirərək “Google”un 338,7 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb. “Google” sözçüsü, “Google”un həmişə texnologiyanı müstəqil şəkildə inkişaf etdirdiyini iddia edərək, şirkətin qərara etiraz edəcəyini bildirib.
Məlumata görə, patent hüquqları videoları smartfon kimi kiçik cihazdan televizor kimi daha böyük cihaza köçürmək texnologiyası ilə bağlıdır.
Bahadur Seyidov