Etirazlar dərs verdi - Makron



 12:43 25.07.2023     304

Fransa Prezidenti Emmanuel Makron 17 yaşlı yeniyetmənin polis gülləsi ilə öldürülməsi nəticəsində yaranan xaosdan dərs aldığını bildirib.

Demedia.az xəbər verir ki, o ictimai asayişin təmin edilməsi ilə belə halların aradan qaldırıla biləcəyini bildirib. Fransa prezidenti etirazlarda talanlara qarşı ədalətin cavabının sərt olacağını bildirib. Makron, bu prosesdə həll yolu təqdim etmədiyi üçün tez-tez tənqid edilən baş nazir Elisabeth Bornə tam etibar etdiyini bildirib.

Makron Marseldə keçirilən etiraz aksiyaları zamanı rezin güllə nəticəsində Hedi adlı gəncin yaralanmasına görə məsuliyyət daşıyan polisin saxlanmasına qarşı çıxan polis rəisinin etirazına da münasibət bildirib. Polis qüvvələrini anladığını vurğulayan Makron bildirib ki hər kəs qanuna hörmət etməlidir.

Bahadur Seyidov