Malidə fransız dilinin rəsmi dil olması ləğv edildi



 12:52 25.07.2023     305

Keçmişdə Fransa koloniyası olan və müstəqilliyin əldə edildiyi 1960-cı ildən bəri Malidə rəsmi dil olaraq istifadə edilən fransız dilindən artıq rəsmi dil kimi istifadə edilməyəcək.

Demedia.az xəbər verir ki, yeni Konstitusiyaya görə, fransız dili rəsmi dil olmayacaq. Həmçinin ölkədə danışılan 13 milli dil də rəsmi dil statusu alacaq. Qeyd edək ki, 70-ə yaxın yerli dilin danışıldığı ölkədə "Bambara", "Bobo", "Bozo", "Dogon", "Fulanice", "Maure", "Miniyanka", "Malinke", "Sarakole", "Sonrhai", "Senoufo", "Khassonke" və "Tamashek" 1982-ci il tarixli fərmanla milli dil statusu alıb.

Malidə keçirilən xalq səsverməsində 96,91 faiz seçici konstitusiyanın dəyişdirilməsinə səs verib.

Bahadur Seyidov