Çindən NATO-ya çağırış
Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Liderlər Zirvə Toplantısında Çinlə bağlı müzakirələr aparılıb və Çinin siyasətinin NATO-nun maraqlarına, təhlükəsizliyinə və dəyərlərinə meydan oxuduğu bildirilmişdi.
Demedia.az xəbər verir ki, Çin tərəfi NATO-ya bununla xəbərdarlıq edib. Çinin Tokiodakı səfirliyi bildirib ki, NATO Asiya-Sakit okean regionunda münasibətlərə qarışmamalıdır. Bəyanatda bildirilib ki, NATO son zamanlar Asiya-Sakit okean regionunda münasibətlərə müdaxilə eməyə davam edir və bu regiondakı tərəflər arasında münaqişələrə səbəb olur.
Bundan əlavə, NATO-nun Asiya-Sakit Okean regionunun şərqinə doğru irəliləməsinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olduğu vurğulanaraq, NATO-nun bu həmlələrinin qlobal və regional sabitliyə təhlükə olduğu qeyd edilib.
Bahadur Seyidov