Tunis yanğınla əlaqədər sərhəddə yaşayan sakinləri təxliyə etdi



 15:24 25.07.2023     296

Tunisin şimal-qərbində yerləşən Cenduba əyalətindəki meşəlik ərazidə baş verən yanğınlarla əlaqədar bölgə sakinləri təxliyə edilib.

Demedia.az xəbər verir ki, bu barədə  Tunisin Mülki Müdafiə İdarəsi məlumat verib. Bildirilib ki, Cenduba əyalətinin Tabarka şəhərində Malula meşəsində davam edən yanğının ərazisi güclü küləyin təsiri ilə genişlənib. Məlumata görə, yanğın yaşayış məntəqələrinə yaxınlaşıb. Bildirilir ki, davam edən yanğınlardan zərər görməmək üçün Əlcəzairlə sərhəd bölgəsinə yaxın yaşayan insanlar tamamilə təxliyə edilib.

Söndürmə işləri hava, quru və dəniz yolu ilə davam edir.

Bahadur Seyidov