Filippin və Tayvanda güclü qasırğa
Filippinin şimalına yaxınlaşan Doksuri qasırğası səbəbindən minlərlə insan təxliyə edilib.
Demedia.az xəbər verir ki, Filippin Meteorologiya Xidməti qasırğanın ölkənin şimal-qərbindəki Caqayan və Batanes bölgələrinə yaxınlaşdığını açıqlayıb. Rəsmi dairələr tayfunun yaşayış məntəqələrində güclü yağışlara, okeanda 3 isə metrlik dalğalara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Məktəblərdə təhsil üç gün müddətinə dayandırılıb. Bəzi ərazilərdə dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb. Tayfunun şimal-qərbə doğru hərəkət edərək Tayvanın cənubundan Çinə çatacağı gözlənilir.
Tayvan ordusu tərəfindən hər il təşkil edilən "Han Kuang" hərbi təlimləri əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Bahadur Seyidov