Danimarka Qurani Kərimin yandırılmasını pislədi



 16:51 25.07.2023     320

Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen İraq səfirliyi qarşısında Qurani Kərimin yandırıldığı təxribat xarakterli hərəkəti pisləyib.

Demedia.az xəbər verir ki, o bildirib ki, belə davranış Danimarka hökumətinin mövqeyini əks etdirmir. Bu barədə Danimarka Xarici İşlər Nazirliyinin tvitter hesabında paylaşım edilib. Rasmussen deyib ki, bu təxribatçı və biabırçı hərəkətlər Danimarka hökumətinin baxışını əks etdirmir. O, hamını gərginliyi azaltmağa çağırıb.

Qeyd edək ki, Danimarkadakı anti-islam və ultra-millətçi "Danske Patrioter (Danimarka Patriotları)" marjinal qrupunun üzvləri Kopenhagendə İran, sonra isə İraq səfirliyi qarşısında Quranı yandırıblar.

Bahadur Seyidov