Norveç hökuməti ölkədəki 12 nazirliyə kiberhücum edildiyini açıqlayıb



 12:56 25.07.2023     288

Norveç hökuməti ölkədəki 12 nazirliyə kiberhücum edildiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Norveç hökumətinin açıqlamasına görə, kiber hücumlara məruz qalan 12 nazirliyin gördüyü təhlükəsizlik tədbirləri səbəbindən elektron poçt və digər mobil xidmətlərə çıxış bağlanıb. Yerli Hökumətlər və Regional İnkişaf naziri Sigbjorn Gjelsvik mətbuata açıqlamasında kiberhücumları ciddi qəbul etdiklərini deyib. Gjelsvik bildirib ki, Norveç Hökumətinin Təhlükəsizlik və Xidmət Bölməsi vəziyyəti diqqətlə izləyir və tədbirlər görür.

Norveç Hökumətinin Təhlükəsizlik və Xidmət Bölməsinin prezidenti Erik Hope deyib ki, hücumun arxasında kimin dayandığı və onun miqyası barədə danışmaq hələ tezdir.

Bahadur Seyidov