Ekvadorda fövqəladə vəziyyət elan edilib



 11:25 26.07.2023     302

Cənubi Amerika ölkəsi Ekvadorda şiddətin artması və Manta merinin qətlindən sonra iki ştat və bir regionda fövqəladə vəziyyət elan edilib.

Demedia.az xəbər verir ki, Ekvador prezidenti Gilyermo Lasso zorakılığın baş verdiyi ərazilərdə zorakılıqla mübarizə üsullarını müzakirə etmək üçün yerli hakimiyyət orqanları və Təhlükəsizlik Şurası ilə görüşüb. Manabi və Los Rios ştatlarında, eləcə də Duran bölgəsində fövqəladə vəziyyət çərçivəsində gecə komendant saatı tətbiq edilib. Daxili işlər naziri Xuan Zapata Manabi əyalətinin Manta şəhərinin meri Aqustin İntriaqonun silahlı hücum nəticəsində öldüyünü açıqlayıb.

Ölkənin mühüm limanlarından biri olan Manta, beynəlxalq cinayət təşkilatları və narkotik kartellərinin limana nəzarəti ələ keçirməsi uğrunda toqquşmalara səhnə olur.

Bahadur Seyidov