Qərb ölkələri Rusiya-Afrika Sammitinin qarşısını almaq üçün təşəbbüslər göstərir



 11:52 26.07.2023     355

Qərb ölkələri Rusiya-Afrika Sammitinin qarşısını almaq üçün təşəbbüslər göstərir.

Demedia.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. O bildirib ki, Afrika dövlətləri sammitə qatılmamaq və sammitə mane olmaq üçün ABŞ-dan görünməmiş təzyiqlərə məruz qalıb:

“Rusiyanın afrikalılarla bir araya gəlməsi indiki dövrdə kritik əhəmiyyət kəsb edir. Artıq aktiv olmayan taxıl müqaviləsi, bunun səbəbləri, Rusiyanın qlobal bazarları dəstəkləmə səyləri, bu mövzuda məsuliyyətli davranışı, hansı öhdəliklərin yerinə yetirilmədiyi və kimin tərəfində olduğu haqda danışmağa davam etmək lazımdır”.

Rusiya Prezidenti Vladimir Putinin sammit çərçivəsində ikitərəfli görüşlər keçirəcəyini qeyd edən Peskov, bu səbəbdən sammitin kifayət qədər sıx keçəcəyini bildirib.

Bahadur Seyidov