Britaniya taxıl sazişini bərpa etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq edir



 12:49 26.07.2023     369

Böyük Britaniya Qara Dəniz Taxıl Dəhlizinin fəaliyyətini bərpa etmək üçün Türkiyə ilə sıx əməkdaşlıq edir.

Demedia.az xəbər verir ki, Britaniya Baş nazirinin ofisindən verilən açıqlamaya görə, baş nazir Rişi Sunak və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Tərəflər Rusiya-Ukrayna müharibəsi və Qara dəniz taxıl dəhlizindəki son hadisələri müzakirə ediblər. İki lider Ukrayna taxılının dünya bazarına daşınması baxımından Qara Dəniz Taxıl Dəhlizinin əhəmiyyəti barədə razılığa gəldiklərini qeyd ediblər.

Dəhlizin yenidən fəaliyyət göstərməsi üçün Böyük Britaniyanın Türkiyə ilə sıx əməkdaşlıq etdiyini vurğulayan Sunak, Rusiyanın Odessa hücumlarını tənqid edib.

Bahadur Seyidov