AB taxılın dünya bazarlarına ixracı üçün bütün dəhlizləri nəzərdən keçirir - AÇIQLAMA



 12:23 26.07.2023     287

Avropa İttifaqı administrasiyası Ukraynanın istehsal etdiyi taxılın dünya bazarlarına ixracı üçün bütün dəhlizləri nəzərdən keçirir.

Demedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Komissiyasının sözçüsü Adalbert Jahnz deyib. O bildirib ki, Litvadan Ukrayna taxılının Baltikyanı ölkələrin limanlarından dünyaya göndərilməsi təklifi ilə bağlı məktub alıblar. Litvanın məktubuna qısa zamanda cavab verəcəklərini bildirən Jahnzın sözlərinə görə, Avropa Birliyi taxıl ixracı üçün Qara dənizdən əlavə quru yollarını da nəzərdən keçirir.

“Avropa Birliyi Komissiyası bu seçimləri inkişaf etdirmək üçün çalışır. Baltik dəhlizi də çox vacib bir xəttdir. Biz bunun üzərində də çalışacağıq" - Adalbert Jahnz deyib.

Bahadur Seyidov