İsveçdə fəallar Quranın yandırılmasının nifrət cinayəti hesab edilməsini tələb ediblər



 14:28 26.07.2023     321

İsveçdə Vətəndaş Hüquqları Müdafiəçilərinin fəalları ölkədə Quranın yandırılmasının nifrət cinayəti hesab edilməsini və bu təxribatçı hərəkətlərin qarşısının alınmasını tələb ediblər.

Demedia.az xəbər verir ki, fəallar Anders L Pettersson və John Stauffer İsveçin ən böyük siyasi qəzeti “Dagens Nyheter” bununla bağlı məqalə yazıblar.

"İsveçdəki nifrət cinayəti qanunu təcrübələrinə uyğun olaraq, Quranı yandıran şəxs mühakimə olunmalıdır. Bununla belə, Quran yandırma hadisələri İsveçdə məhkəmədə etnik qruplara qarşı təhrik kimi qiymətləndirilmir. Bununla belə, bu arqumentin həm hüquqi, həm də tarixi dəstəyi yoxdur” - məqalədə deyilir.

Fəallar İsveçin Birləşmiş Millətlər Təşkilatının İrq ayrı-seçkiliyinə dair Konvensiyası, eləcə də BMT-nin Mülki və Siyasi Hüquqlar Konvensiyası kimi beynəlxalq konvensiyalarına uyğun olaraq nifrət cinayəti qanunvericiliyinə malik olduğunu xatırladıblar.

Bahadur Seyidov