Rusiya “dost olmayan” ölkələrdən balıq və dəniz məhsullarının idxalına qadağa qoyub



 14:45 26.07.2023     327

Rusiya “dost olmayan” ölkələrdən balıq və dəniz məhsullarının idxalına qadağa qoyub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Rusiya Qərbin sanksiyalarına cavab olaraq, həmlələrini davam etdirir. Bu çərçivədə “dost olmayan” ölkələrdən hazır balıq və dəniz məhsullarının idxalına qadağa qoyulduğu bildirilib. Həmçinin sözügedən ölkələrdən şərab idxalında gömrük rüsumunun 12,5 faizdən 20 faizə qaldırılmasına qərar verilib.

Açıqlamada deyilir ki, Avropa Birliyi, ABŞ və Norveçdən idxal edilən məhsulların yerini yerli istehsalçılar dolduracaq.

Bahadur Seyidov