ABŞ və Rusiya təyyarələri Suriya səmasında üz-üzə gəlib



 15:25 26.07.2023     458

Rusiyanın döyüş təyyarəsi Suriya səmasında uçan ABŞ-ın pilotsuz uçuş aparatının fəaliyyətinə mane olub.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki 9-cu komandanlığı məlumat verib. Komandan, general-leytenant Aleks Qrinkeviç bildirib ki, ABŞ və Rusiya təyyarələri Suriya səmasında yenidən üz-üzə gəlib. Məlumata görə, ABŞ-a məxsus MQ-9 hərbi PUA-sının Suriya üzərində uçuşu zamanı Rusiyaya məxsus Su-35 qırıcı təyyarəsi birbaşa PUA üzərinə uçub.

General-leytenant Aleks Qrinkeviçin sözlərinə görə, Rusiya təyyarəsi radarları və xüsusilə də radarla idarə olunan raketləri aldatmaq üçün istifadə edilən "saban patronu" buraxıb. Bu da PUA-nən fəaliyyətinə mane olub.

Bahadur Seyidov