"İqtisadiyyatımız geriləməni tamamilə kompensasiya edəcək” - Putin



 16:12 26.07.2023     415

"İqtisadiyyatımızda bu ilki artım keçən il yaşanan geriləməni tamamilə kompensasiya edəcək”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin açıqlama verib. Rusiya rəsmiləri ilə ölkə iqtisadiyyatı ilə bağlı keçirdiyi görüşdə o bilidirib ki, bu il Rusiya iqtisadiyyatının 2 faizdən çox böyüməsi proqnozlaşdırılır. Putinin sözlərinə görə, Rusiya iqtisadiyyatı keçən ilin ikinci rübünün sonundan etibarən böyüməyə başlayıb.

Ölkədə işsizliyin 3,2 faizə düşdüyünü və real gəlirlərdəki artımın 2018-ci ildən bəri ilk dəfə ikirəqəmli rəqəmə çatdığını ifadə edən Putin bildirib ki, ümumilikdə nəticələr yaxşıdır, hətta gözlənilən və ilkin hesablamalardan da yüksəkdir.

Bahadur Seyidov