Türkiyə olaraq Fələstinin mübarizəsinə dəstəyimizi davam etdirəcəyik - Ərdoğan



 17:12 26.07.2023     480

"Türkiyə olaraq Fələstinin mübarizəsinə dəstəyimizi ən güclü şəkildə davam etdiririk və davam etdirəcəyik”.

Demedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O Fələstinin dövlət başçısı Mahmud Abbasla görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, müqəddəs məkanlarda tarixi status-kvonunu dəyişdirməyə yönəlmiş hərəkətlər qəbuledilməzdir.

“Münasibətlərimizin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımları qiymətləndirmək imkanımız oldu. İkitərəfli görüşlərimizdə, nümayəndə heyətləri arasında keçirilən görüşlərdə atıla biləcək addımları qiymətləndirmək imkanımız oldu. Biz Fələstin dövlətinin gücləndirilməsinə dəstəyimizi bir daha bildirdik. Ədalətli və davamlı sülhün yeganə yolu iki dövlətli həll vizyonunu dəstəkləməkdir” - Ərdoğan deyib.

Bahadur Seyidov