BMT müqəddəs kitablara qarşı zorakılığla bağlı qətnamə layihəsi qəbul edib



 15:42 26.07.2023     302

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında müqəddəs kitablara qarşı zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə layihəsi qəbul edilib.

Demedia.az xəbər verir ki, BMT Danimarka və İsveçdə Qurana hücumlardan sonra hərəkətə keçib.Məlumata görə, BMT Təhlüksəzlik Şurasında Mərakeşin təqdim etdiyi, dini inanclara, müqəddəs kitablara və dini məkanlara qarşı hər cür zorakılığı beynəlxalq hüququn pozulması kimi tanıyan qətnamə layihəsi yekdilliklə qəbul edilib.

Qətnamədə ayrı-ayrı şəxslərə dini və ya əqidəsinə görə hər cür zorakılıq, o cümlədən dini simvollara, müqəddəs kitablara, evlərə, iş yerlərinə, mülklərinə, məktəblərə, mədəniyyət evlərinə və ibadət yerlərinə qarşı törədilən zorakılıqlar beynəlxalq hüququn pozulması kimi qiymətləndirilib və qəti şəkildə pislənib.

Bahadur Seyidov