Hamiləlik planlaşdıran xanımlar mütləq İzləyin! - Video
Hamiləlik baş verdikdən sonra da müntəzəm olaraq qanda əsas iki hormon – TSH və sərbəst T4 yoxlanılmalıdır.
Çox hallarda hipotireozu olan xanımlarda hamiləlik baş verdikdən sonra əvəzedici hormonal müalicə uçun istifadə edilən sintetik hormonun (l-tiroksin) miqdarını müalicə həkimi tərəfindən 30-50% artırmağa ehtiyac yaranır. Hipotireoz laborator analizlərin nəticələrinə əsasən hamiləlik müddətində aşkar olunubsa, dərhal medikamentoz müalicə başlanılmalıdır. Çox təəssuf ki, hipotireozun müalicəsində ləngimə baş verən hallarda uşağın əqli və fiziki inkişafında geri qalma tez-tez rast gəlinir.
Ginekoloq Rəşad Sultan mövzu barədə videoda ətraflı məlumat verir.
Demedia.az Ginekoloq Rəşad Sultan "Youtube" kanalında yayımlanan həmin videonu sizinlə bölüşürük. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Rəna İsmayılova / Demedia.az