Anadagəlmə ürək qüsurunun yaranma səbəbi valideyinlər ola bilər? - MÜTLƏQ BAXIN! - Video



 09:26 26.07.2023     519

Qohum evliliyi bir-biri ilə qan bağlılığı olan şəxslərin evlənməsinə verilən addır.

Bu gün bütün dünyada tabu olaraq qəbul edilən və hətta bir çox ölkədə qadağan olunan bu evlilik formaları doğulan uşaqlar üçün böyük təhlükə deməkdir. Genetikada olan xəstəliklərin uşağa ötürülməsi ehtimalının yüksək olduğu bu evlilik formalarında ölü doğuş səviyyəsi normal evliliklərlə müqayisədə 2 dəfə yüksəkdir. Eyni zamanda bu evlilik formaları qüsurlu doğuş riskini də artırır. Qohum evliliyi eyni tip keyfiyyətsiz genin uşağa ötürülməsinə yol açır. Miras yolu ilə keçən xəstəliklər genetikada yaşanan mutasiyalar nəticəsində meydana gəlir və gen adı verilən miras maddəsində iki doza mutasiyanın yaşanması otozomal resesif xəstəliklərə yol açır. Bir-birilə qan bağı olan fərdlər bu bağ sayəsində genetik xüsusiyyətləri paylaşırlar və qohum evliliklərində iki resessif genin qarşılaşma ehtimalı normal evliliklərə müqayisədə çoxdur. Tamamilə qan bağından qaynaqlanan bu vəziyyətdə fərdlərin nəslində olan şəxslərdə hərhansı bir miras xəstəliyi varsa valideynlər xəstə olmasa belə bu geni doğulan uşağa ötürə bilərlər.

Uşaq-Kardioloq Elnur İmanov mövzu barədə videoda ətraflı məlumat verib.

Demedia.az Elnur İmanov "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az