Bu çayın faydalarını bilsəniz hər gün içəcəksiniz! - MÜTLƏQ BAXIN! - Video



 09:38 26.07.2023     908

Yaşıl çayın faydaları tibbdə xeyli zamandır ki, öz təsdiqini tapıb.

Yaşıl çayın tərkibi polifenollar, antioksidantlar, karotinoidlər, katexinlər, tokoferollar, kempferol, kversetin, mirisetin, tein, tanin, askorbin turşusu, vitaminlər C, P, B, K, PP mineralları, xrom, manqan, selen, sink və digər maddələrlə zəngindir.Güclü antioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır. Yaşıl çay insanı daha fəal edir, insanın əqli və fiziki aktivliyini artırır, əhval-ruhiyyəsini qaldırır. Məhz bu səbəbdən həkimlər yaşıl çayın axşam vaxtlarında qəbul etməyini məsləhət etmirlər. Bu sizin rahat və tez yuxuya getməyinizə mane olacaq. Əksinə isə səhər tezdən içdiyiniz bir fincan yaşıl çay sizi daha tez "oyadacaq" və əmək qabiliyyətinizi artıracaq.

Endokrinoloq Ayşən Xəlilova yaşıl çayın faydaları haqqında videoda ətraflı məlumat verib.

Demedia.az Endokrinoloq Ayşən Xəlilova "Youtube" kanalında yayımlanan həmin videonu sizə təqdim edir.

Rəna İsmayılova / Demedia.az