Afrika İttifaqı Nigerdəki dövlət çevrilişi cəhdini pisləyib



 09:12 27.07.2023     344

Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat Nigerdəki dövlət çevrilişi cəhdini pisləyib.

Demedia.az xəbər verir ki, o tərəfləri belə cəhdlərə son qoymağa çağırıb. Mahamat tvitter hesabındakı paylaşımında qeyd edib ki, o, Nigerdəki respublika qurumlarının sabitliyinə xələl gətirəcək bu təşəbbüsü pisləyir.Təşəbbüsü dayandırmağa çağıran Mahamat beynəlxalq ictimaiyyəti, xüsusilə Niger xalqını hadisəni pisləməyə çağırıb.

Qeyd edək ki, Nigerdə ​​Prezident Mühafizəsi Alayının üzvləri dövlət çevrilişinə cəhd edərək Prezident Məhəmməd Bazumu Prezident Sarayında saxlayıblar. Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi də Bazumaya qarşı çevriliş cəhdini pisləyib.

Bahadur Seyidov