Hava hücumundan müdafiə sistemi üçün əlavə qüvvələr gəlib - Zelenski



 10:25 27.07.2023     452

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin hava hücumundan müdafiə sistemi üçün əlavə qüvvələrin gəldiyini və onların ən çox ehtiyac duyulan yerə göndəriləcəyini bildirib.

Demedia.az xəbər verir ki, Zelenski sosial media hesabındakı açıqlamasında bildirib ki, o, cəbhədəki vəziyyət və silah tədarükü ilə bağlı iclas keçirib. Toplantıda silah və sursat tədarükü ilə bağlı aktual hesabatları dinlədiyinə diqqət çəkən Zelenski bildirib ki, görüşdə rusların fəaliyyəti və gələcək planları barədə kəşfiyyat bölməsindən məlumat alıb. Ukrayna müdafiə nazirinin müavini Anna Malyar da sosial media hesabındakı açıqlamasında şərq və cənub cəbhələrindəki vəziyyəti dəyərləndirib. O bildirib ki, ruslar hücuma keçsə də, irəliləyə bilməyib.

Bahadur Seyidov