NATO-Ukrayna Şurası bir araya gəldi
NATO-Ukrayna Şurası Rusiyanın taxıl sazişindən çıxmasından sonra bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün toplaşıb.
Demedia.az xəbər verir ki, toplantı NATO-nun Brüsseldəki mənzil-qərargahında səfirlər səviyyəsində keçirilib. İclasda Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov və Ukraynanın hərbi rəsmiləri də iştirak edib. Görüş NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Vladimir Zelenski arasında məsləhətləşmələrdən sonra keçirilib. İclasa NATO baş katibinin müavini Mirça Coana sədrlik edib.
NATO-dan iclasla bağlı bildirilib ki, Rusiyanın müqavilədən çıxma qərarı və Ukraynanın taxıl ixracını dayandırmaq cəhdləri, Ukraynadakı liman şəhərlərinə və taxıl anbarlarına hücumları müttəfiqlər və Ukrayna tərəfindən pislənib.
Bahadur Seyidov