Tunisin müxtəlif əyalətlərində 16 yanğın baş verib



 11:25 27.07.2023     654

Tunisin müxtəlif əyalətlərində 16 yanğın baş verib.

Demedia.az xəbər verir ki, bu barədə Tunisin Mülki Müdafiə Administrasiyasının sözçüsü Muaz Teria məlumat verib. O bildirib ki, Binzert, Cenduba, Silyana, Beca, Nabel, Kayravan, Kasrin və Gabes əyalətlərində meşə sahələrində yanğın baş verib. Bu yanğınların çoxunun söndürüldüyünü və ya nəzarət altına alındığını ifadə edən Teria, Cenduba, Silyana və Binzertdə yanğınların hələ dava etdiyini qeyd edib. Bildirilir ki, güclü külək yanğınsöndürmə işlərinə mane olur.

Tunisin daxili işlər naziri Kamal əl-Fiki parlamentin iclasındakı çıxışında Əlcəzair və İspaniyanın Tunisdə meşə yanğınlarının söndürülməsinə dəstək verdiyini ifadə edib.

Bahadur Seyidov