İsveç Rusiyanı tənqid etdi



 14:25 27.07.2023     433

İsveçin mülki müdafiə naziri Karl Oskar Bohlin Rusiyanın İsveçdə Qurani-Kərimə hücumlarla bağlı yalan məlumat yaydığını bildirib.

Demedia.az xəbər verir ki, mülki müdafiə naziri Karl Oskar ölkədə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatların artması ilə bağlı mətbuat konfransı keçirib. İsveçin xaricdə “İslam düşməni” kimi göstərildiyini qeyd edən Bohlinin sözlərinə görə, Rusiya dövləti İsveçdə Quranın yandırılmasının sanki dövlət tərəfindən təşkil edildiyini göstərən yalan məlumatlar dərc edir.

“Təbii ki, bu, tamamilə yanlışdır, ayrı-ayrı şəxslərin konstitusiya hüququ var, amma bu dövlətin mövqeyi deyil” - Karl Oskar Bohlin deyib.

Bahadur Seyidov