Moldova Rusiyanın ölkədəki səfirliyinin işçilərinin sayının azaldılmasını tələb edib



 16:14 27.07.2023     747

Moldova Rusiyanın ölkədəki səfirliyinin işçilərinin sayının azaldılmasını tələb edib.

Demedia.az xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfiri Moldova Xarici İşlər Nazirliyinə çağırılıb. Ölkədəki rus diplomatlarının sayının azaldılması tələbi səfirə çatdırılıb. Bildirilir ki, Moskva bu tələbə reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi qərarın əsassız olduğunu bəyan edib. Mövzu ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər Nazirliyi Kişinyovun qərarının əsası olmadığını qeyd edib.  

“Səfirlik əməkdaşlarına qarşı casusluq ittihamı əsassızdır, Moskva buna cavab verəcək”, - nazirlik bildirib.

Bahadur Seyidov