Rodos adasında meşə yanğınları davam edir



 15:42 27.07.2023     335

Yunanıstanın Rodos adasında meşə yanğınları davam edir.

Demedia.az xəbər verir ki, Rodosda fövqəladə vəziyyət elan edilib. Yunan mətbuatının məlumatına görə, alovlar adanın Malonas, Vatio və Genadio bölgələrində yenidən yüksəlməyə başlayıb. Buna görə də yüzlərlə insan təxliyə edilib. Güclü küləyin təsiri ilə alov daha geniş meşəlik əraziyə yayılıb. Məlumata görə, Korfu adasında başlayan yanğın davam edir. Bölgədəki bəzi yaşayış məntəqələri ehtiyat məqsədilə boşaldılıb. Apraos və Kalamaki bölgələrində bəzi ev və iş yerləri yanğın nəticəsində zərər görüb.

Rəsmi dairələr bir neçə bölgədə yanğın olduğunu, lakin Rodos və Korfu adalarındakı təbii fəlakətin daha təhlükəli olduğunu qeyd edib.

Bahadur Seyidov