Qurana və ya hər hansı müqəddəs kitaba hörmətsizlik təxribatdır - Borrell



 16:58 27.07.2023     1519

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsveç və Danimarkada Qurani Kərimə qarşı hücumlarla bağlı açıqlama verib.

Demedia.az xəbər verir ki, o bildirib ki, Avropa İttifaqı hadisələrdən sonra dini ədavəti qızışdıracaq hər hansı hərəkəti rədd edir.“Avropa İttifaqı Avropada bəzilərinin müsəlmanları incidən hərəkətlərindən sonra dini nifrət və dözümsüzlüyün qızışdırılmasının bütün formalarını qətiyyətlə rədd etdiyini bir daha bəyan edir. Biz daxildə və xaricdə dini azadlıqları və ifadə azadlığını dəstəkləməyə davam edəcəyik. Amma qanuni olan hər şey mənəvi deyil ”, - Borrell bildirib.

Dini icmalara hörmətin Avropa İttifaqı dəyərlərinin bir hissəsi olduğunu vurğulayan Borrelin sözlərinə görə,  Qurana və ya hər hansı müqəddəs kitaba hörmətsizlik təxribatdır.

Bahadur Seyidov