Bahreyn Qurana hücumla bağlı İsveçə etiraz notası verdi



 16:24 27.07.2023     404

Bəhreyn İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindalı Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, Bahreyn İsveç hökumətinə paytaxt Stokholmda Qurani-Kərimə hücuma icazə verdiyinə görə etiraz edib. Məlumata görə, Bəhreyn Xarici İşlər Nazirliyi İsveç rəsmilərinin Stokholmda ekstremistlər tərəfindən polisin himayəsi altında Qurani-Kərimin yandırılmasına icazə verməsini qətiyyətlə pisləyib. Bəhreyn Xarici İşlər Nazirliyi Qurana hücumların beynəlxalq qətnamə və konvensiyalara zidd olduğunu vurğulayıb.

Bəhreyn Xarici İşlər Nazirliyi Qurana təkrar hücumlarla bağlı İsveçin müvəqqəti işlər vəkili Britta Liszt Ann Lindala etiraz notası verib. Bəhreyn İsveçin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməli olduğunu qeyd edib.

Bahadur Seyidov