15 yaşlı "HƏDƏF"İN uğur yolu



 15:17 27.07.2023     158

Dünən Milli-mənəvi dəyərlərin təbliğində, dövlətçilik ideyaların aşılanmasında və gənclərin maariflənməsində xidmətlərinə  görə 70 nəfər media nümayəndəsi "Hədəf -15" Döş Nişanına layiq görüldü.

"Hədəf" Şirkətlər Qrupu idarə heyətinin qərarı ilə təsis edilən döş nişanı elm, təhsil, mədəniyyət kimi sahələrin inkişafında xidmətlərinə görə Azərbaycan ziyalılarına təqdim edilir. Milli Mətbuat Günü münasibəti ilə "Hədəf" Liseyi Abşeron filialında təşkil edilən tədbirin moderatoru dosent Elvin Əliyev Heydər Əliyev və müstəqil Azərbaycan mediası haqqında çıxış etdi, giriş sözü ilə "Hədəf" Şirkətlər Qrupunun qurucu-direktoru fil.f.d., dos. Şəmil Sadiq milli təhsil brendimiz olan "Hədəf" Qrup haqqında geniş məlumat verdi, mətbuatla sıx əlaqələrindən danışdı, mükafatçıları təbrik edib "Hədəf"ə göstərdikləri dost münasibətə görə təşəkkürünü bildirdi.

Tədbirdə mediamızın tanınmış nümayəndələri Ümid Rəhimoğlu, Elçin Mirzəbəyli, Yunus Oğuz, Vüqar Rəhimzadə, Əkbər Qoşalı, Eltən Qədimbəyli, Çingiz Özgür, Anar Cəbrayıllı, Azər Həsrət, Orxan Cabbarlı, Aqil Camal, Ceyhun Musaoğlu, Nadir Azəri, İlham Tumas,  Rasim Sadıxov, Elçin Zahiroğlu, Nüşabə Hüseynova, Fira Cəlilova və s. iştirak etdi.

Çıxış edənlər "Hədəf" Şirkətlər Qrupunun Azərbaycan təhsilindəki yerindən, qazandığı uğurlardan, təhsilimizə verdiyi töhfələrdən və "Hədəf" Konseptindəki yeniliklərdən danışdılar.

Qonaqlar Zəfər otağını, laboratoriyalarını, tədris otaqlarını gəzib liseydəki şəraitlə tanış oldular. Sonda isə Eltən Qədimbəylinin moderatorluğu ilə oxatma təlimi keçirildi.

Ayşən

1

1

1

1

1

1

1

1

1

1

1

1

1