Həbs qətimkan tədbiri nədir? - Video
Konstitusiyanın 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var.
Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz hesab edilir. Yəni, şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bu, ona “cinayətkar və ya qatil” deməyə imkan vermir. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs hələ cinayətkar deyil, təqsirləndiriləndir. O, sadəcə, istintaq tərəfindən cinayət edilməkdə təqsirləndirilir, amma bu, hələ sübut edilməyib. Məhkəmənin hökmü olmadan kimsə cinayətdə təqsirli sayıla bilməz.
Tanınmış vəkil Vamiq Şükürov öz "Youtube" kanalında bu mövzu haqda ətraflı məlumat verib.
Demedia.az həmin videonu sizə təqdim edir.
Rəna İsmayılova / Demedia.az