Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən Nigerdəki hərbi çevrilişlə bağlı açıqlama



 11:25 28.07.2023     313

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi Nigerdəki üsyançıların oxuduqları bəyanata məhəl qoymadıqlarını və konstitusiya quruluşunun ən qısa zamanda bərpa edilməli olduğunu bəyan edib.

Demedia.az xəbər verir ki, açıqlamada bildirilib ki, birlik bir qrup əsgər  tərəfindən oxunan bəyanatı şiddətlə qınayır və qəbul etmir. Bəyanatda deyilir ki, hələ də Niger Prezidenti olan Məhəmməd Bazum dərhal sərbəst buraxılmalıdır. Birlik konstitusiyaya zidd üsullarla edilən bu cür hakimiyyət dəyişikliyinə qarşı çıxıldığı bir daha bəyan edib.

Qeyd edək ki, Nigerdə bir qrup hərbçi çevriliş edib. Prezident Mohamed Bazum Prezident Mühafizə Alayının üzvləri tərəfindən saxlanılıb. Çevrilişin Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışan general Ömər Çianin tərəfindən təşkil edildiyi bildirilir.

Bahadur Seyidov