Ukrayna Staromayorske kəndini işğaldan azad etdi



 12:10 28.07.2023     331

Ukrayna əsgərləri əks-hücum əməliyyatlarını davam etdirir.

Demedia.az xəbər verir ki, Ukrayna ordusu bir sıra cəbhələrdə irəliləyib. Məlumata görə, Ukrayna Donetsk vilayətinin Staromayorske kəndini işğaldan azad edib. Ukrayna Prezidenti Vladimir Zelenski sosial media hesabında sözügedən kəndin azad edilməsinin görüntüsünü paylaşıb. Videoda Ukrayna bayrağını daşıyan əsgərlər “35-ci briqada və Arey batalyonu üzərinə düşən vəzifəni yerinə yetirərək Staromayorske kəndini azad etdi” deyə bildirilib.

Qeyd edək ki, Ukrayna ordusunu cənub cəbhəsində Rusiya ordusu üzərində uğurlar qazandığı deyilir. Bildirilir ki, bəzi istiqamətlədər Rusiya ordusu hücumlar təşkil etsə də, irəliləyə bilməyib.

Bahadur Seyidov