Ukrayna ordusunun Moskva vilayətinə hücum cəhdinin qarşısı alınıb
Ukrayna ordusunun Moskva vilayətinə hücum cəhdinin qarşısı alınıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib. Bildirilib ki, hücumlar PUA-larla təşkil edilib. Məlumata görə, PUA-lar Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Müdafiə Nazirliyinin məlumatında qeyd edilir ki, PUA-ların hamısı havada zərərsizləşdirilib və zərər yoxdur.
Qeyd edək ki, Ukrayna ordusunun Rusiyaya PUA-larla hücumlarını intensivləşdirdiyi iddia edilir. Bu həftə Ukraynanın PUA-larla Moskvaya ikinci hücumudur. Bundan əvvəlki hücum zamanı Rusiya PUA-ları məhv etdiyini qeyd etmişdi.
Bahadur Seyidov