ABŞ-la Səudiyyə Ərəbistanı arasında vacib görüş



 14:42 28.07.2023     314

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan Səudiyyə Ərəbistanının Ciddə şəhərində vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Demedia.az xəbər verir ki, görüşdə yüksək səviyyəli Səudiyyə rəsmiləri də iştirak edib. Toplantı zamanı regional və ikitərəfli məsələlər müzakirə edilib. Ağ Evin açıqlamasına görə, Sallivan bin Salman və Səudiyyə rəsmiləri ilə ikitərəfli və regional məsələləri, Yaxın Şərq məsələlərini, o cümlədən dünyada daha dinc, təhlükəsiz, firavan mühitin təmin edilməsini müzakirə ediblər.

İclasda Yəməndə davam edən atəşkəsdən sonra baş verən hadisələrin də gündəmə gətirildiyi bildirilib və Sallivanın Birləşmiş Millətlər Təşkilatının liderliyində müharibənin sona çatması üçün davam edən səyləri müsbət qarşıladığı qeyd edilib.

Bahadur Seyidov