Fırtına səbəbindən ABŞ-da 730-dan çox aviareys təxirə salınıb
Fırtına səbəbindən ABŞ-da 730-dan çox aviareys təxirə salınıb.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Federal Aviasiya Administrasiyası məlumat verib. Bildirilib ki, Federal Aviasiya Administrasiyası şimal-şərq ştatlarında və Atlanta, Denver və Florida hava limanlarında uçuş marşrutlarının yenidən müəyyən ediləcəyi barədə xəbərdarlıq edib. Artıq 730-dan çox reys ləğv edib. “John F. Kennedy” və Nyu-Yorkdakı “Newark Liberty”və “La Guardia” hava limanı uçuşların ləğvindən ən çox təsirlənən hava limanları olub.
“Con Kennedi” hava limanında gecikmələr isə 3 saatı keçib.
Bahadur Seyidov