Səudiyyə Ərəbistanı Danimarkaya nota verdi



 16:08 28.07.2023     372

Səudiyyə Ərəbistanı Kopenhagendə Qurani-Kərimin yandırılması ilə əlaqədar Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat verib. Açıqlamada, Danimarkada radikal bir qrupun Quranı yandırmaq, İslam və müsəlmanlara qarşı irqçi şüarlar səsləndirmək kimi hərəkətlərinin daha əvvəl də pisləndiyi bildirilib. Bəyanatda deyilir ki, Danimarkanın Ər-Riyaddakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılaraq ona etiraz notası verilib.

Danimarkadan beynəlxalq normalara, qanunlara uyğun gəlməyən bu cür təxribatçı davranışların qarşısının alınması tələb edilib.

Bahadur Seyidov