Rusiya Afrika ölkələrinin indiyə qədər 23 milyard dollar borcunu silib



 16:20 28.07.2023     327

Rusiya Afrika ölkələrinin indiyə qədər 23 milyard dollar borcunu silib.

Demedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin belə deyib. Putin, Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammiti çərçivəsində Afrika ölkələrinin liderlərinin bir araya gəldiyi toplantıda çıxış edib. O bildirib ki, Rusiya Afrika ölkələrinin borc yükünün yüngülləşdirilməsi işlərində iştirak edir. Afrika ölkələri ilə əlaqələri yaxşılaşdırmaqda qərarlı olduqlarını ifadə edən Putinin sözlərinə görə, Moskva Afrika üçün əlavə 90 milyon dollar ayıracaq.

“Afrikanın əhəmiyyəti gündən-günə artır. Qeyd etmək istərdim ki, Afrika qitəsi yeni güc mərkəzinə çevrilib. Afrikanın siyasi və iqtisadi rolu hədsiz dərəcədə artır. Bu obyektiv reallığı nəzərə almaq lazımdır”.

Bahadur Seyidov