Ukrayna Rostova raket hücumu həyata keçirib



 21:47 28.07.2023     361

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna sərhədinə yaxın Taqanroq şəhərində baş verən partlayışla bağlı yazılı açıqlama verib. Açıqlamada deyilir ki, Ukrayna S-200 hava hücumundan müdafiə sistemi ilə hücum həyata keçirib. Bildirilir ki, Rusiyanın hava hücumundan müdafiə sistemi Ukrayna raketini müəyyən edərək havada zərərsizləşdirib.

Havada vurulan raketin hissələri Taqanroq ərazisinə düşüb. Bir çox binaya ziyan dəyib, 10-dan çox insan xəsarət alıb.

Bahadur Seyidov