Qətər Ukraynaya 100 milyon dollar vəsait ayırdı



 21:52 28.07.2023     330

Ukraynanın baş naziri Denis Şmiqal Qətərin humanitar yardım işləri çərçivəsində Ukraynaya 100 milyon dollar ayırdığını bəyan edib.

Demedia.az xəbər verir ki, Denis Şmiqal sosial media hesabında Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə görüşdüyünü paylaşıb. Görüş zamanı Əl Sani Ukraynaya humanitar yardım olaraq 100 milyon dollar ayırdıqlarını ifadə edib. Bu pul səhiyyə, təhsil, humanitar minalardan təmizləmə, digər mühüm sosial və humanitar layihələrin təmiri üçün istifadə olunacaq.

Şmiqal Qara dəniz taxıl təşəbbüsünün yenidən aktivləşdirilməsinin vacib olduğunu və Ukraynadan taxıl daşınmasının davam etdirilməli olduğunu bildirib.

Bahadur Seyidov