Danimarkada ifrat sağçı qrup məscidin qarşısında Quranı yandırıb



 22:18 28.07.2023     319

Danimarkada ifrat sağçı qrup paytaxt Kopenhagendə məscidin qarşısında Quranı yandırıb.

Demedia.az xəbər verir ki, Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri Dortheavej rayonunda Quranı yandırıblar. İslama zidd pankartlar daşıyan və meqafonla İslamı təhqir edən qrup polisin sıx mühafizəsi altında təxribatı həyata keçirib. Qrup üzvləri təxribat anlarını sosial media hesablarında canlı olaraq paylaşıblar. Bu arada məscidin xaricində səsgücləndiricilərlə təşrik təkbirləri verilib, Quran oxunub.

Qeyd edək ki, İsveç və Danimarkada Qurana qarşı hücumlar intensivləşib. Bu təxribatlara icazə verilməsi etirazla qarşılanır.

Bahadur Seyidov