Cənubi Koreyadan Pxenyana etiraz
Cənubi Koreya Şimali Koreyanın Panmunjom barışıq müqaviləsinin 70-ci ildönümünü qeyd etmək üçün hərbi parad keçirməsinə etiraz edib.
Demedia.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin sözçüsü Koo Byonq-sam bildirib ki, Şimali Koreyanın belə həmlələri sülh çağırışlarına ziddir. Koo bildirib ki, Pxenyan nüvəsizləşdirilmə və sülh dialoqu üçün çalışmalıdır.
Qeyd edək ki, 1953-cü ildə Koreya müharibəsinə son qoyan Panmunjom atəşkəs sazişi Birləşmiş Millətlər Təşkilatı ilə Şimali Koreya və Çin arasında imzalanıb. Pxenyan sazişin ildönümünü ilə bağlı təntənəli hərbi aparad keçirib.
Bahadur Seyidov