Müharibə yavaş-yavaş Rusiya ərazisinə keçir və bu qaçılmaz prosesdir - Zelenski



 14:58 31.07.2023     318

Müharibə yavaş-yavaş Rusiya ərazisinə keçir və bu qaçılmaz prosesdir.

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski belə deyib. Zelenski sosial media hesabında Rusiyanın Ukraynaya qarşı müharibəsinin gedişatını dəyərləndirib.

"Rusiyanın təcavüzü döyüş meydanında iflasa uğradı. Rusiya rəhbərliyinin bir-iki həftə davam edəcəyini gözlədiyi xüsusi hərbi əməliyyat davam edir. Ukrayna güclənir. Müharibə yavaş-yavaş Rusiya ərazisinə, onun simvolik mərkəzlərinə və hərbi bazalarına keçir və bu, qaçılmaz, təbii və ədalətli prosesdir” - Zelenski deyib.

Bahadur Seyidov