İsveç təxribatlarla bağlı Danimarka ilə sıx dialoq aparır



 15:24 31.07.2023     299

İsveç Qurani Kərimin yandırılması ilə bağlı təxribatlara dair Danimarka ilə sıx dialoq aparır.

Demedia.az xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson açıqlama verib. Kristersson bildirib ki, o, İsveç və Danimarkada artan Quranın  yandırılması ilə bağlı Danimarkanın Baş naziri Mette Frederiksen ilə görüşüb.

Ulf Kristerssonun sözlərinə görə, bəzi xarici ölkələr İsveçə qarşı Quranın yanıdırılması ilə bağlı təxribatlardan istifadə edir. İfadə və nümayiş azadlığını müdafiə etdiklərini vurğulayan Kristerssonun sözlərinə görə, İsveç inanclı insanlara hörmətlə yanaşır.

Bahadur Seyidov