Ursula fon der Leyen Filippinə səfər edib



 15:51 31.07.2023     305

Filippin prezidenti Ferdinand Markos ilə görüşən Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen Hind-Sakit Okean regionunun azad və açıq olmasının əhəmiyyətini vurğulayıb.

Demedia.az xəbər verir ki, o bildirib ki, Avropa İttifaqı bu ölkələrlə əməkdaşlığı gücləndirməyə hazırdır. Avropa İttifaqı Komissiyasının açıqlamasına görə, Von der Leyen Avrop ittifaqı ilə Filippin arasında əməkdaşlığı genişləndirmək üçün Markosun dəvətini qəbul edib.

"Avropa İttifaqı azad və açıq Hind-Sakit Okean regionu üçün dəstəkləyici tədbirlər görüb. Biz məlumat mübadiləsi, təhdidlərin qiymətləndirilməsi və Filippinin Sahil Mühafizəsinin potensialının artırılması vasitəsilə regionda dəniz təhlükəsizliyi üzrə Filippinlə əməkdaşlığı gücləndirməyə hazırıq" -  açıqlamada deyilir.

Bahadur Seyidov