"Türkiyə Cənubi Koreya üçün Avropanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”



 16:29 31.07.2023     362

"Türkiyə Cənubi Koreya üçün Avropanın ən mühüm iqtisadi tərəfdaşlarından biridir”.

Demedia.az xəbər verir ki, Türkiyəyə səfər edən Cənubi Koreyanın xarici işlər naziri Park Jin belə açıqlama verib. O bildirib ki, Türkiyədə 160-a yaxın Koreya şirkəti fəaliyyət göstərir. 8 ildən sonra Cənubi Koreyadan Türkiyəyə səfər edən ilk nazir olduğuna diqqət çəkən Park, Türkiyə səfərinin məhsuldar olduğunu və iki ölkənin strateji tərəfdaşlığının daha da inkişaf edəcəyini bildirib.

Türkiyənin Koreya müharibəsinə ən çox əsgər göndərən 4-cü ölkə olduğunu xatırladan Park bildirib ki, Cənubi Koreya və Türkiyə bir-birini qardaş xalq kimi tanıyır.

Bahadur Seyidov