Fransa Nigerdəki səfirliyinin təhlükəsizliyini artırdı



 17:12 31.07.2023     312

Fransa Nigerin Niamey şəhərində ölkə təmsilçiliyinin təhlükəsizliyinin artırıldığını açıqlayıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, çevriliş həyata keçirən hərbi xuntanın çağırışı ilə başlayan nümayişlərdə Fransanın Niamey şəhərindəki səfirliyi hədəfə alınıb. Nümayişilər səfirliyin binasına daxil olmağa cəhd edib.

Açıqlamada, Fransanın Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin ev dustaqlığında olan Niger prezidenti Məhəmməd Bazumun sərbəst buraxılmasını tələb edən qərarından məmnun olduğu bildirilib.

Bahadur Seyidov