Qərb silahları döyüş meydanında Ukraynaya uğur qazandırmır - Şoyqu



 17:15 31.07.2023     323

Qərb silahları döyüş meydanında Ukraynaya uğur qazandırmır, ancaq hərbi münaqişələri uzadır.

Demedia.az xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu belə deyib. Şoyqu nazirlik rəsmiləri ilə keçirdiyi görüşdə Ukraynadakı münaqişələr barədə məlumat verib. O bildirib ki, Ukraynada Rusiya ordusu indiyə qədər zirehli texnikalar da olmaqla 2227 texnika itirib. Rusiya ordusunun bütün istiqamətlərdə aktiv hücumlarını davam etdirdiyini, deyən Şoyqunun sözlərinə görə, əsas səylər Ukrayna ordusunun döyüş qabiliyyətinin zəiflədilməsinə yönəldilib.

Şoyqu xatırladıb ki, Rusiya ordusu əks-hücum və manevrlərlə Krasno-Liman istiqamətində Kovalevka və Sergeyevka yaşayış məntəqələrini nəzarətə götürüb.

Bahadur Seyidov