"Vaqner” əsgərləri mühacir kimi Polşa sərhədini keçməyə cəhd edə bilərlər



 17:19 31.07.2023     297

Belarusa gedən “Vaqner” əsgərləri mühacir kimi Polşa sərhədini keçməyə cəhd edə bilərlər.

Demedia.az xəbər verir ki, Polşanın baş naziri Mateusz Moraviecki belə deyib. O bildirib ki,  “Vaqner” qrupuna aid 100-dən çox muzdlu hərbçi Belarusun Qrodno şəhəri yaxınlığındakı Suvalki qəsəbəsinə doğru hərəkət edir.

 “Bizim bu istiqamətdə məlumatımız var. Bu, Polşa torpağına yeni hibrid hücuma doğru bir addımdır. Çox güman ki, onlar Belarus sərhədçiləri kimi gizlənəcək və yəqin ki, onlar qeyri-qanuni mühacir adı altında sabitliyi pozmaq üçün Polşaya daxil olmağa çalışacaqlar” - Mateusz Moraviecki deyib.

Bahadur Seyidov